Gənc badmintonçular arasında Azərbaycan birinciliyinə yekun vurulub
Bakı, 31 may, AZƏRTAC
1 nömrəli idman liseyində 2004-2005-ci il təvəllüdlü gənclər arasında badminton üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 30-dan çox badmintonçunun qatıldığı birincilikdə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib:
Şəxsi yarışlarda Aqil Qəbilov və Həcər Nuriyeva birinci olublar. Qoşa yarışlarda isə Rəvan Niftəliyev, A.Qəbilov və Əminə İsmayılova, H.Nuriyeva qızıl medal qazanıblar. Qarışıq qoşa yarışlarda Aqil Qəbilov - Nigar Səmədova cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan Badminton Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunan respublika birinciliyinin mükafatçıları diplom və medallarla təltif olunublar.