İDMAN
Gənc basketbolçu NBA əfsanələrinin rekordunu təkrarlayıb
Bakı, 13 fevral, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan “San Antonio Spörs”ün oyunçusu Viktor Vembanyama yeni rekorda imza atıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı fransalı oyunçu “Toronto Raptors”la görüşdə NBA tarixində bir oyunda 27 xal, 14 ribaund, 10 blok zərbəsi və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Venbanyama turnirdə bunu bacaran 5-ci oyunçu olub.
Daha əvvəl Hakeem Olacuvon, Kərim Əbdül-Cabbar, Ralf Sampson və David Robinson eyni uğura imza atıblar.
Qeyd edək ki, oyun “San Antonio Spörs”ün 122:99 hesablı qələbəsi ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2024 [19:04]
İdman dırmanması üzrə Açıq Respublika Turniri keçirilib
- 14.10.2024 [18:21]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 4 medal qazanıblar
- 14.10.2024 [17:55]
Keniyalı atlet inanılmaz dünya rekordu qırıb
- 14.10.2024 [17:10]
Vaqif Cavadov: “Sumqayıt”ı çətin vəziyyətdən çıxarmalıyam
- 14.10.2024 [16:02]