GƏNC RƏSSAM TAMARA MƏMMƏDOVANIN SANKT-PETERBURQDA SƏRGİSİ AÇILMIŞDIR
Azərbaycan Mədəniyyət Nazirliyi, Sankt-Peterburq hökumətinin mədəniyyət komitəsi, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğu, habelə bu şəhərdəki Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunmuş sərgidə gənc rəssamın artıq ABŞ, Fransa, Yaponiya, İsveç, Almaniya, Niderland və Portuqaliyada nümayiş etdirilmiş əsərləri təqdim olunur. Tamara Məmmədovanın dünyanın bir çox ölkələrində rəğbətlə qarşılanmış milli koloritlə zəngin rəsmləri Şərqin özünəməxsusluğunu, Azərbaycanın zəngin mədəniyyətini incə çalarlarla tamaşaçıya çatdırır.
T.Məmmədova Portuqaliyada keçirilmiş “ILUSTRARTE-2005” müsabiqəsinin laureatı, Almaniyanın Hannover şəhərində təşkil olunmuş “İnsan, təbiət, texnologiya” müsabiqəsinin mükafatçısıdır. O, “Hollandiya rəngkarlığının Van Qoq yaradıcılığına təsiri” mövzusunda elmi işinə görə Azərbaycan Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür.
Sərginin təşkilatçıları bildirmişlər ki, gənc istedadın əsərlərinin Sankt-Peterburqda nümayiş etdirilməsi onun yaradıcılıq potensialının dəstəklənməsinə, Sankt-Peterburq ictimaiyyətinin Azərbaycanın misilsiz incəsənəti və mədəniyyəti ilə yaxından tanış olmasına imkan yaradılmasına yönəldilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:23]
“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda
- 19.06.2026 [10:42]
Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani
- 19.06.2026 [09:00]