Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənc vətənpərvərlər "Hərbiyyə-2019" düşərgəsindən xoş təəssüratlarla ayrılıblar

Bakı, 31 avqust, AZƏRTAC

Gədəbəy rayonunda Müdafiə Nazirliyi, "ASAN xidmət", Gədəbəy Rayon İcra Hakimiyyəti, "ASAN Könüllüləri" təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birgə layihəsi olan "Hərbiyyə-2019" hərbi vətənpərvərlik düşərgəsinin təntənəli bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə Müdafiə, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmiləri, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, bölgənin müdafiəsində dayanan hərbi hissənin döyüşçüləri, müxtəlif rayonlardan gəlmiş müharibə veteranları və qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Əvvəlcə respublikamızın 10 bölgəsini təmsil edən 100-ə yaxın "ASAN Könüllüsü" komanda bayraqları altında, hərbi orkestrin müşayiəti ilə mərasim keçirilən meydana dəvət edilib.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından düşərgənin uğurla başa çatması münasibətilə təşkilatçıları və gənc vətənpərvərləri təbrik edib.

Qeyd olunub ki, müharibə şəraitində yaşayan ölkədə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, şanlı döyüş tariximizin öyrənilməsi, əcdadlarımızın qəhrəmanlıq ənənələrinin təbliği, Vətənə, dövlətə, xalqa, orduya sədaqətli oğulların yetişdirilməsi başlıca vəzifələrdəndir və bu məsələlərə ölkə rəhbərliyi səviyyəsində xüsusi önəm verilir. Müdafiə Nazirliyinin rəhbərliyi irəli sürülən hər bir vətənpərvərlik təşəbbüsünü alqışlayır, görülən işləri ordumuza, ölkəmizin müdafiə qüdrətinin daha da gücləndirilməsinə dəstək kimi təqdir edir.

Prezidentin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin gənclərdə yüksək əxlaqi, mənəvi və iradi keyfiyyətlərin aşılanması, vətənpərvər gənclərin yetişdirilməsi, gənclərin orduya hazırlanması istiqamətində həyata keçirdiyi layihələr təqdirəlayiqdir.

"ASAN Könüllüləri" Təşkilatının sədri Səbinə Cabbarova düşərgənin bir həftəlik fəaliyyəti barədə hesabat xarakterli çıxış edib və gözlədiklərindən də artıq nəticələr əldə olunduğunu bildirib. O, könüllülər üçün yaradılan hər cür şəraitə görə Müdafiə Nazirliyinin, "ASAN xidmət"in, Gədəbəy Rayon İcra Hakimiyyətinin, "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbərliklərinə minnətdarlıq edib. Könüllülərin yenidən bu yerlərə qayıtmaq arzusu ilə Gədəbəydən ayrılacaqlarını vurğulayıb.

Düşərgədə keçirilən ümumi hərbi hazırlıq, xüsusi dağ hazırlığı, atıcılıq və digər taktiki təlimlərdə, yarışlarda, eləcə də kütləvi hərbi vətənpərvərlik tədbirlərində fərqlənən komandalara və yüksək nəticələr əldə etmiş gənc vətənpərvərlərə Müdafiə Nazirliyinin təsis etdiyi kuboklar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. "ASAN Könüllüləri" Təşkilatının sədri Səbinə Cabbarovaya respublikamızda hərbi vətənpərvərlik işinin təşkilində fəal iştirakına görə Müdafiə nazirinin şəxsi hədiyyəsi təqdim edilib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev düşərgə iştirakçılarını bir daha təbrik edib, onların hər birinin "Hərbiyyə-2019" hərbi vətənpərvərlik düşərgəsindən qalib kimi ayrılacaqlarına əminliyini bildirib.

Bütün iştirakçılara və Qarabağ müharibəsinin qazilərinə Gədəbəy Rayon İcra Hakimiyyətinin və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun xatirə hədiyyələri təqdim edilib.

Polkovnik Abdulla Qurbani düşərgənin fəaliyyətində xüsusi xidmətlərinə görə "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənova öz şəxsi kolleksiyasından Cavad Xanın bayrağının surətini, Gədəbəy rayon Rus icmasının sədri Nikolay Bıçkova isə Kremlin təsviri olan keramik əl işini hədiyyə edib.

Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov və "ASAN xidmət"in məsul əməkdaşı Cahangir Hacıyev çıxış edərək düşərgənin təşkilində və uğurla başa çatmasında xidməti olan hər kəsə minnətdarlığını bildirib, gənc vətənpərvərlərə "yaxşı yol" arzulayıb.

Bütün göstəricilər üzrə birinci yerə layiq görülən "Ağdam" komandasının üzvləri düşərgənin bayrağını endiriblər.

"Hərbiyyə-2019" hərbi vətənpərvərlik düşərgəsi "Hər əmrinə hazırıq, cənab Ali Baş Komandan!" mahnısının ifası ilə başa çatıb.

Hərbi orkestrin ifa etdiyi "Heyratı" marşının və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin bədii təşviqat dəstəsinin səsləndirdiyi vətənpərvərlik mahnılarının sədaları altında gənc vətənpərvərlər cəbhəyanı bölgədəki düşərgədən xoş təəssüratlarla ayrılıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir