Gəncə Dövlət Dram Teatrının kollektivi beynəlxalq festivalın I dərəcəli diplomuna layiq görülmüşdür
Gəncə, 19 sentyabr (AZƏRTAC). Gəncə Dövlət Dram Teatrının kollektivi Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində keçirilən türkdilli ölkə teatrlarının V “Tuğanlıq” festivalında uğurla çıxış edərək I dərəcəli diploma layiq görülmüşdür.
Festivalda Azərbaycanı təmsil edən kollektiv Gümrah Ömərovun quruluş verdiyi Mirzə Fətəli Axundzadənin “Musyö Jordan və dərviş Məstəli şah” əsərini nümayiş etdirmişdir.
Teatrın direktoru Əli Qasımov AZƏRTAC-a demişdir ki, 14 türkdilli ölkənin teatr kollektivlərinin iştirak etdikləri və çox yüksək səviyyədə təşkil olunmuş festivalda Gəncə aktyorları böyük uğurla çıxış etmiş və alqışlarla qarşılanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:00]
“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub
- 23.09.2026 [13:22]