REGİONLAR
Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi yeni ideyaları dəstəkləyəcək VİDEO
Gəncə, 16 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universitetində yaradılan İnnovasiyalar Mərkəzi elm və təhsildəki yeni ideyaları dəstəkləyəcək.
Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İnnovasiyalar Mərkəzinin yaradılmasında əsas məqsəd dünyada mövcud olan müxtəlif innovasiyaları mənimsəmək, onları universitetə gətirmək, təşəbbüsləri müxtəlif istiqamətlər üzrə tətbiq və inkişaf etdirmək, həmçinin sənaye sahələrinə transfer etməkdən ibarətdir.
Mərkəzin fəaliyyətə başlaması ilə universitet ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, həm də biliklərə əsaslanan məhsul istehsalçısına çevriləcək.
Universitetin əsas binasında fəaliyyətə başlayacaq İnnovasiya Mərkəzində müasir şərait yaradılıb, şöbələr zəruri inventarla və informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilib. Mərkəzin əməkdaşları ABŞ, İtaliya, Yunanıstan, eləcə də digər Avropa ölkələrində təhsil alan gənclərdən formalaşdırılıb.
Tezliklə fəaliyyətə başlayacaq mərkəzdə 8 şöbə və 1 laboratoriya elm-təhsil araşdırmaları ilə məşğul olacaq.