GƏNCƏ VƏ ŞƏKİ REGİONAL ELMİ MƏRKƏZLƏRİNİN HESABATLARI DİNLƏNİLMİŞDİR
AZƏRTAC-ın müxbiri bildirir ki, hesabat məruzələrində Gəncə və Şəki regional elmi mərkəzlərində aparılmış elmi tədqiqat işlərinin nəticələri haqqında ətraflı məlumat verilmişdir.
İclasda Gəncə Regional Elmi Mərkəzində (GREM) Qərb regionu ilə bağlı aktual elmi mövzuların işlənilməsi, Gəncə folkloru toplusunun çapa hazırlanması, Şəki Regional Elmi Mərkəzində (ŞREM) ölkəmizdə ipəkçiliyi inkişaf etdirmək üçün yem bazasının yaradılması, sənayenin yüksək keyfiyyətli, xəstəliyə davamlı tut ipəkqurdu toxumları ilə təchiz edilməsi, ipəkçilikdə məhsuldarlığı artırmaq məqsədi ilə müvafiq preparat və hormonların sınaqdan çıxarılması, Qafqazın cənub yamacındakı çaylarında daşqınların səbəblərinin öyrənilməsi və onlara qarşı təxirəsalınmaz mübarizə tədbirlərinin hazırlanması təqdirəlayiq hal kimi dəyərləndirilmişdir.
Çıxış edən alimlər hər iki regional elmi mərkəzin fəaliyyətinə müsbət qiymət vermişlər.
İclasda həmçinin mövcud problemlər müzakirə edilmiş, onların həlli ilə bağlı təkliflər verilmişdir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov iclasa yekun vurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]