Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə “ASAN xidmət” mərkəzi ilə tanışlıq VİDEO

Gəncə, 21 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.

Son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atılmış - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradılmışdır. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.

2012-ci il dekabrın 29-da pilot layihə olaraq Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır. 2013-cü ilin mayında Sumqayıtda “ASAN xidmət” mərkəzi istifadəyə verilmişdir. Daha sonra 2 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzləri açılmışdır. Hər dörd mərkəzdə şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı müraciətlər üstünlük təşkil etmişdir.

İlk vaxtlar “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdi. İndi isə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin, daşınmaz əmlakla bağlı dövlət reyestrindən arayışların verilməsi göstərilən xidmətlərə əlavə edilmişdir. Bununla da dövlət orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin sayı 25-ə çatmışdır. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına məlumat verdi ki, Gəncədəki “ASAN xidmət” mərkəzi ötən il dekabrın 21-dən vətəndaşlara xidmət göstərməyə başlamışdır. Gəncə “ASAN xidmət” mərkəzi şəhərin və bir neçə ətraf rayonun əhalisinə xidmət edir.

Binanın qarşısındakı park əsaslı surətdə yenidən qurulmuşdur. Parkda qurulmuş led-paneldə “ASAN xidmət” mərkəzində göstərilən xidmətlər, rüsumlar, mərkəzin əhatə etdiyi rayonlar və s. haqqında informasiyalar daim nümayiş olunur. “ASAN xidmət” yaradıcılığa dəstəklə bağlı müxtəlif sosial aksiyalar da keçirir. Mərkəzin həyətində “YARAT” Müasir İncəsənət Məkanının guşəsi də qurulmuşdur.

Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış oldu.

Burada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının stendi də qurulmuşdur. Burada tətbiq edilən yeniliklərdən biri “Exit poll” rəy sorğusunun fəaliyyət göstərməsidir. Bu, vətəndaşların “ASAN xidmət”də olduqdan sonra göstərilən xidmətlə bağlı münasibətini öyrənir. Bu yenilik göstərilən xidmətlərin keyfiyyətini araşdırır. Sorğunun nəticələri müəyyən məsələlər üzrə lazımi tədbirlərin görülməsinə imkan yaradır.

Dövlətimizin başçısına mərkəzdə tətbiq edilən elektron müraciət köşkü barədə məlumat verildi. Bildirildi ki, vətəndaşlar elə Mərkəzin özündən “108 Çağrı” mərkəzinə zəng edərək, canlı videobağlantı ilə xidmətdən yararlanıb razılıqlarını, təkliflərini, müraciətlərini bildirmək imkanı qazanırlar.

Prezident İlham Əliyev mərkəzdə işçilər üçün yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, mərkəzin işçilərinin ümumi sayı 165 nəfərdir, onlardan 55-i könüllüdür.

Gəncə “ASAN xidmət” mərkəzi bu şəhərin, eləcə də Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı sakinlərinə xidmət göstərir. Xidmətin “Çağrı” mərkəzi vasitəsilə vətəndaş Mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb olunan sənədlər barədə məlumat ala və növbə tuta bilər. Mərkəzdə şəffaflığın təmin edilməsi məqsədi ilə xidmət proseduru fasiləsiz videokamera ilə qeydiyyata alınır. Mərkəz müasir İP telefon və İP şəbəkə sistemi ilə təmin edilmişdir. Mərkəzdə xidmətlərin tənzimlənməsi məqsədi ilə elektron monitor və elektron elan tabloları, videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılmış, daim internetə açıq olan kompyuterlərlə təchiz edilmişdir. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün yüksək şərait yaradılmışdır.

“ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Vətəndaşın qəbulu elektron növbə əsasında həyata keçirilir. Bunun üçün ən müasir avadanlıq quraşdırılmışdır.

Diqqətə çatdırıldı ki, xidmətin “asan.gov.az” internet saytında vətəndaşlar üçün “online” növbəyə yazılma, elektron ərizələri doldurma, sənədləri müvafiq orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılmışdır. Elektron məlumat mərkəzinə müraciət edən vətəndaş bütün məlumatları öyrənə, elektron ərizəni doldura və eyni vaxtda çap etdirə bilər. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdırır. Bundan əlavə, Mərkəzdə vətəndaşlar üçün 22 növ funksional yardımçı xidmətlər göstərilir. Burada “Biometrik məlumatların toplanması sistemi” də yaradılmışdır. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin alınması, elektron imza və digər nadir xüsusiyyətlərə malikdir. “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı tərəfindən 25 hüquqi xidmət həyata keçirilir.

Qeyd edildi ki, mərkəzin fəaliyyətdə olduğu 25 gün ərzində 20 minə yaxın vətəndaş müraciət etmişdir. Gün ərzində isə mərkəzə 1300-1500 müraciət daxil olur.

Sonra dövlətimizin başçısı “ASAN xidmət” mərkəzinin əməkdaşları və könüllülərlə görüşdü.

X X X

Xidmətin kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Artıq Gəncədə də “ASAN xidmət” fəaliyyət göstərir. Çox gözəl

hadisədir. Artıq bu iş regionlarda başlamışdır. İndi bu xidmət Bakı, Sumqayıt, Gəncə şəhərlərində vardır və vətəndaşlar böyük maraq göstərirlər. Bir il ərzində 1 milyona yaxın müraciət olmuşdur və hamı razıdır. Bu, yeni bir xidmətdir. Yeniləşən Azərbaycan üçün çox böyük fayda verən bir xidmətdir. Həm insanlara yüksək səviyyəli xidmət göstərilir, eyni zamanda, bütün xoşagəlməz halların qarşısının alınması üçün “ASAN xidmət”in böyük əhəmiyyəti vardır. Əlbəttə, bizim bütün dövlət qurumları, vətəndaşlarla birbaşa ünsiyyətdə olan qurumlar getdikcə bu səviyyədə xidmət göstərməlidir ki, heç bir bürokratiyaya, rüşvətxorluğa, korrupsiyaya yol verilməsin. İnsanlara yüksək səviyyəli mədəni xidmət göstərilməlidir. Mən hesab edirəm ki, “ASAN xidmət”in yaradılması nəinki ictimai xidmətlər sahəsində, bütövlükdə ölkəmizin gələcək uğurlu, müasir inkişafı üçün öz rolunu oynayacaqdır. Bilirəm ki, artıq digər qurumlarda da “ASAN xidmət”də göstərilən xidmətlərin səviyyəsində iş qurulması prosesi gedir.

Biz müasir, güclü dövlət qururuq. Azərbaycan dövlətində heç bir xoşagəlməz hala rast gəlinməməlidir və mövcud problemlər aradan qaldırılmalıdır. “ASAN xidmət”in fəaliyyəti bu istiqamətdə bizim işimizə böyük dayaqdır. Mən çox şadam ki, Azərbaycan vətəndaşları tərəfindən bu xidmətin fəaliyyətinə böyük dəstək, rəğbət vardır və bu addım yüksək qiymətləndirilir. Dəfələrlə dediyim kimi, “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycanın ixtirasıdır və istisna olunmur ki, başqa ölkələr də bu nümunədən istifadə edəcəklər. Hər halda məndə olan məlumata görə, başqa ölkələrdə də xidmətin fəaliyyətinə böyük maraq vardır.

Birillik fəaliyyət özlüyündə gözəl göstəricidir. Çünki hamımız bilirik ki, bəzi hallarda yeni yaradılan hansısa bir layihə, yaxud da ki, irəli sürülən təşəbbüs ilk mərhələdə uğurlu olur, sonra bəzi çətinliklər ortaya çıxır, səviyyə aşağı düşür. “ASAN xidmət”də belə deyildir. Mən hesab edirəm ki, xidmət il ərzində öz işini daha da yüksək səviyyəyə qaldıra bilmişdir, səyyar xidmət göstərilir, bölgələrə xüsusi təchiz edilmiş avtobuslar ezam edilir və bu il Azərbaycanda ən azı 4, bəlkə də 5 yeni “ASAN xidmət” mərkəzi yaradılacaqdır.

Bütün bölgələrdə, ondan sonra hər bir şəhərdə belə xidmət olmalıdır. Bu xidmətin bir əlamətdar tərəfi ondan ibarətdir ki, burada işlərə könüllülər qoşulurlar. Bu da sizin üçün, cəmiyyət üçün çox gözəl hadisədir. Sizin üçün ona görə ki, artıq gənc yaşlarınızdan çox mühüm bir dövlət işində özünüzü göstərəcəksiniz. Cəmiyyət üçün ona görə ki, könüllülük hərəkatı, ümumiyyətlə, çox böyük təqdirəlayiq hərəkətdir, xoş niyyətin, vətənpərvərliyin təzahürüdür, öz xalqına, dövlətinə olan bağlılığın əlamətidir. Əgər hər bir insan ümumi işə könüllü şəkildə öz töhfəsini vermək istəyirsə, bu, ancaq alqışlanır. Könüllülər qruplarının fəaliyyəti hesab edirəm ki, cəmiyyətin uğurlu inkişafı üçün də öz rolunu oynayacaqdır.

Sizi salamlayıram, sizə minnətdaram ki, bu işə qoşulursunuz. Əminəm ki, gələcək illərdə Gəncə “ASAN xidmət”i, əgər belə demək mümkündürsə, qabaqcıl yerdə olacaqdır. Çünki gələcəkdə belə xidmətlər çox göstəriləcək, mərkəzlər açılacaq və bütün mərkəzlər arasında sağlam rəqabət aparılacaqdır. Sizi salamlayıram, sizə uğurlar arzulayıram.

Gəncə şəhərindən könüllü Nigar TAĞIYEVA: Cənab Prezident, Sizi ilk növbədə könüllülərimizin adından salamlamaq istəyirəm. Biz eşidəndə ki, keçən il Bakı şəhərində “ASAN xidmət” yaranıbdır, çox şad olduq. Çünki orada biz yaşda könüllülər dövlət orqanında işləyirlər. Ancaq düşünməzdik ki, tezliklə Gəncə şəhərində də bu xidmət fəaliyyət göstərər. Bu, bizi çox sevindirdi. Könüllülərimiz adından Sizə minnətdarlığımızı bildiririk ki, bizim üçün belə şərait yaradılıb, gənc yaşlarında dövlət orqanında işləyirik. Bizə göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

“ASAN xidmət” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid SADIXLI: Möhtərəm cənab Prezident, bütün “ASAN” könüllülərini birləşdirən ASAN Könüllüləri Gənclər Təşkilatı adından Sizi salamlayırıq. Ümumiyyətlə, könüllülük ölkəmizdə bir mədəniyyətə çevrilib. Son ildə könüllü hərəkatı elə geniş vüsət aldı ki, hətta biz keçən ilin dekabr ayında öz gənclər təşkilatımızı təsis etdik. Gənclər təşkilatı kimi bizim əsas məqsədimiz hər bir könüllünün fərdi inkişafına kömək etməkdir. Yəni, onların fərdi inkişafı üçün bir platformanın yaradılmasıdır. Sizin də dəfələrlə qeyd etdiyiniz kimi, ölkəmizin sabahını bugünkü gənclər formalaşdırır. Biz onlara diqqət yetirməklə ölkəmizin gələcəyinə diqqət yetiririk. Baxmayaraq ki, qısa müddətdir fəaliyyətdəyik, amma artıq bir sıra layihələrə imza atmışıq. Hər bir layihədə ilk sualımız belədir: könüllünün nə faydası olacaq və cəmiyyətə o biliklə nə fayda verə biləcəkdir.

Artıq bu gün ölkəmizin sürətli inkişafı danılmaz bir faktdır. Ən azı ona görə ki, bir neçə il öncə beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edəndə, hər dəfə ölkəmizin coğrafiyasını, mədəniyyətini, tarixini başa salmalı olurduq. Amma bu gün artıq o tədbirlərdə ölkəmizi onun son nailiyyətlərinə və nəhəng layihələrinə görə tanıyırlar. Bu da Sizin siyasətinizin nəticəsidir.

Biz gənclərə göstərdiyiniz qayğı və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Çünki həyatımızın hər bir sahəsində Sizin dəstəyinizi hiss edirik. Sizə sadiq və əmrinizə hər zaman hazır olan, Sizi səmimi qəlbdən sevən gənclər adından Sizə təşəkkür etmək istəyirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Gəncədə “ASAN xidmət” mərkəzi ilə tanışlıq VİDEO

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Mingəçevirdəki "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı qatılıb

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO