GƏNCƏDƏ FUTBOL FEDERASİYASI TƏSİS OLUNDU
Bakı, 9 yanvar, (AZƏRTAC). Yanvarın 9-da Gəncə Futbol Federasiyası təsis olunmuşdur. Yeni qurumun sədri Gəncə avtomobil zavodunun direktoru Xanlar Fətiyev seçilmişdir. Yeni federasiya özündə Gəncə şəhəri ilə yanaşı, Şəmkir, Daşkəsən, Goranboy, Göy-göl, Samux və Gədəbəy rayonlarının birləşdirir.
AFFA-nın saytına müsahibəsində X.Fətiyev Gəncədə futbolun bərpası üçün bir sıra layihələrin keçiriləcəyini, o cümlədən, uşaq və yeniyetmələr arasında turnirlərin təşkil olunacağını söyləmişdir. Bundan əlavə stadionların monitorinqləri aparılacaqdır. Bərpaya ehtiyacı olan stadionlar təmir ediləcək, bəzi yerlərdə isə yeni meydançalar inşa olunacaqdır. “Ümumiyyətlə, planlarımız çoxdur və biz bütün işləri kompleks şəkildə həyata keçirəcəyik. Hər bir işdə həm assosiasiya və şəhər rəhbərliyinin, həm də maddi imkanı yaxşı olan gəncəlilərin köməyinə arxalanacağıq.”
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]