GƏNCƏDƏ REGİONAL GÜLƏŞ FEDERASİYASININ İLK KONFRANSI KEÇİRİLMİŞDİR
Gəncə, 15 yanvar (AZƏRTAC). Azərbaycan Güləş Federasiyasının yeni nizamnaməsinə uyğun olaraq 6 nömrəli Gəncə-Daşkəsən Regional Güləş Federasiyasının təsis konfransı keçirilmişdir.
Yerli mütəxəssislərin və məşqçilərin, respublika dərəcəli hakimlərin və qurumun əhatə etdiyi idman və gənclər təşkilatları rəhbərlərinin iştirakı ilə keçirilən konfransda son vaxtlar respublikamızda idmana və idmançılara göstərilən dövlət qayğısından söhbət açılmış, ölkəmizin başçısı İlham Əliyevin bu sahədə həyata keçirdiyi məqsədyönlü tədbirlər diqqətə çatdırılmışdır.
Regional nümayəndəliklərin yaradılmasını yüksək dəyərləndirən konfrans iştirakçıları güclü idman ənənələrinə malik qərb bölgəsində güləşin bundan sonra da inkişaf etdiriləcəyinə, bacarıqlı pəhləvanların və məşqçilərin yetişməsində, eləcə də bölgənin idman şöhrətinin möhkəmləndirilməsində regional federasiyanın müsbət rol oynayacağına əmin olduqlarını bildirmişlər.
Sonra regional nümayəndəliyin gələcək fəaliyyəti ilə bağlı tanınmış idman mütəxəssislərinin, məşqçilərin, keçmiş idmançıların təklif və rəyləri dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]