Gəncədə ulu öndərin ad günü ilə əlaqədar kross yarışları keçirilmişdir
Gəncə, 7 may (AZƏRTAC). Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar müxtəlif idman yarışlarına start vermişdir.
İlk dəfə keçirilən kross yarışlarında şəhərin idman cəmiyyətləri və məktəblərinin, idman klublarının 500 nəfərədək idmançısı iştirak etmişdir. Heydər Əliyev prospektində təxminən 8 kilometr məsafəyə qaçışda təhsil idman mərkəzinin yetirmələri Elvin Məmmədov, Bayram Əhmədov və İlkin Səmədov daha yaxşı nəticə göstərərək diplom və xatirə hədiyyələrinə layiq görülmüşlər.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mövsüm Hüseynovun verdiyi məlumata görə, Gəncə Olimpiya İdman Kompleksində ulu öndərin ad günü ilə əlaqədar taekvando üzrə şəhər birinciliyi də keçiriləcəkdir. Bundan başqa, şahmat üzrə Avropa çempionu, Beynəlxalq dərəcəli qrossmeystr, dünya şahmatçılarının reytinq cədvəlinin ilk onluğunda yer tutan Vüqar Həşimov Gəncənin mərkəzi meydanında eyni vaxtda 88 gənc şahmatçıya qarşı oynayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:51]
Futbol üzrə Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]