SİYASƏT
Gəncədə yay məktəbinin iştirakçıları olan gənclərlə görüş
![Gəncədə yay məktəbinin iştirakçıları olan gənclərlə görüş](/files/2014/2/1200x630/14087125453997649548_1200x630.jpg)
Gəncə, 7 avqust (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatında YAP Gənclər Birliyinin Oğuz və Lerik rayonlarında gənc siyasətçilər üçün təşkil etdiyi yay məktəbində iştirak edən gəncəli gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə YAP şəhər təşkilatının sədri Naqif Həmzəyev və təşkilatın gənclər birliyinin sədri Fərid Dünyamalıyev çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətindən, hazırda bu xəttin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək inkişaf etdirilməsindən danışıblar. Bildirilib ki, Azərbaycan gəncləri onlara yaradılan şəraitdən bəhrələnərək cəmiyyət həyatının bütün sahələrində fəallıqla iştirak edir, dövlətə və dövlətçiliyə sədaqətləri ilə fərqlənirlər. Hər il təşkil olunan gənc siyasətçilər üçün yay məktəbi də məhz bu məqsədə xidmət edir.
Görüşdə yay məktəbində iştirak edən gəncəli gənclər çıxış edərək layihənin əhəmiyyətindən danışdılar. Gənclər bu mühüm tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.