GƏNCƏDƏKİ TARİX-DİYARŞÜNASLIQ MUZEYİNİN 80 YAŞI TAMAM OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, respublikamızın ikinci sənaye və mədəniyyət mərkəzi sayılan qədim Gəncənin çoxəsrlik tarixini özündə yaşadan Nizami Gəncəvi adına tarix-diyarşünaslıq muzeyinin 80 yaşı tamam olmuşdur. Bu münasibətlə muzeyin Heydər Əliyev salonunda keçirilən yubiley tədbirində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov və digər natiqlər bu tarixi gün münasibətilə muzey işçilərini təbrik etmişlər. Əməkdaşlar və tarixçi alim Məleykə Əlizadə muzeyin tarixi və 80 il ərzində onun zənginləşdirilməsi üçün görülən işlərdən danışmış, respublikamızın hər yerində olduğu kimi, Gəncədə də milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını ulu öndərimiz Heydər Əliyevin misilsiz xidmətlərindən biri kimi qiymətləndirmişlər.
Sonra tədbir iştirakçıları muzeyin salonlarını gəzərək eksponatlarla yaxından tanış olmuşlar. Tədbirin ikinci hissəsi “Nizami-Puşkin” kitabxanasında “Gəncə şəhərində tarixi abidələrin vəziyyəti, qorunması və istifadə olunması” mövzusunda keçirilən elmi-praktik konfransla davam etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]