Gəncənin əsas yollarında asfaltlama işləri aparılır
Gəncə, 30 avqust, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin N.Gəncəvi prospektində, H.Ə.Hüseynzadə küçəsində, 3 və 4-cü mikrorayonlarında, o cümlədən Avtozavod və Gülüstan yaşayış massivlərində olan yollarda genişmiqyaslı asfaltlama tədbirləri həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol infrastrukturunun yenilənməsi işləri başa çatan ərazilərdə sakinlərin rahatlığının təmin edilməsi məqsədi ilə abadlıq-quruculuq işləri də həyata keçiriləcək.
Qeyd edək ki, “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində su-kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə mərhələli şəkildə asfalt işləri görüləcək.