Gəncənin Məhsəti qəsəbəsində həyətlərə və evlərə dolan yağış suları çəkilir - YENİLƏNİB VİDEO






Gəncə, 15 aprel, Elcan Məmmədov, AZƏRTAC
Qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı Gəncə şəhərinə yağan yağışlar nəticəsində Gəncə şəhərinin Məhsəti qəsəbəsində 15-ə yaxın fərdi yaşayış evinə yağış suları dolub.
Gəncə Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Gəncə şəhər Sukanal İdarəsi və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları və texnikaları əraziyə cəlb olunublar. Həyətlərə və evlərə dolan sular çəkilir, yağış sularının istiqamətinin dəyişdirilməsi üçün iş görülür.
12:29
Gəncədə güclü yağış fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün gecə saatlarından yağan güclü yağış nəticəsində şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədə yollar və evlər su ilə dolub. Bundan başqa, yağış suları şəhərdə avtomobillərin və piyadaların hərəkətində çətinliklər yaradıb.
Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti hökm sürür.