GƏNCLƏR RUSİYAYA, YENİYETMƏLƏR İSƏ ÇEXİYAYA GEDƏCƏK
Bakı, 14 aprel (AZƏRTAC). Aprelin 25-də Sankt-Peterburqda cüdo üzrə gənclər arasında “A” kateqoriyalı beynəlxalq turnirə start veriləcək. İki gün davam edəcək yarışda Azərbaycanın idman şərəfini məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında 15 cüdoçu qoruyacaqdır.
Yığma komandamızın heyətində Orxan Cəfərov, Elsevər Sadıxzadə (hər ikisi 55 kq), Vüqar Şirinli, Rasim Əsədullayev (hər ikisi 60 kq), Fəqan Eminoğlu, Rüstəm Orucov (hər ikisi 66 kq), Paşa Nəbizadə, Orxan Dünyamalıyev, Samiq Əhmədli (hər üçü 73 kq), Sain Məmmədov, Azər Ağayev (hər ikisi 81 kq), Tural Səfquliyev, Naim Allahverdiyev (hər ikisi 90 kq), Orxan Səfərov (100 kq), Fərid Babayev (100+ kq), Ülviyyə Vəliyeva (48 kq), Türanə Seyidi (52 kq) və Gülsədəf Kərimova (57 kq) yer almışlar.
Həmin tarixdə Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında “A” kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Bu yarışda isə Azərbaycanı məşqçilər Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi ilə Xəyal Mirzəzadə (46 kq), Pərviz Şükürov, Cavad Nəbiyev (hər ikisi 50 kq), Kamran Bağırov, Ceyhun Qatayev (hər ikisi 55 kq), Musa Xəlili, Mahir Cəfərli (hər ikisi 60 kq), Emin Şahbanov, Rəşad Pəncəli, Məhəmməd Hüşənov (hər üçü 66 kq), Ruslan Fərruxzadə (73 kq), Kamran Hacıyev (81 kq), Səbuhi Axundov (90 kq), Andrey Fatiyev (90+ kq), Ayişə Qurbanlı, Elvira Buttayeva (hər ikisi 48 kq), Şəfəq Muradzadə (52 kq) və Xanım Hüseynova (63 kq) təmsil edəcəklər.