Gənclər üçün Prezident Mükafatı təsis edilmişdir
Bakı, 2 iyul (AZƏRTAC). İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında Fərman imzalamışdır.
AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10 min manat məbləğində Prezident Mükafatı təsis edilmişdir.
“Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” də təsdiq olunmuşdur.
Nazirlər Kabinetinə tapşırılmışdır ki, “Gənclər üçün Prezident Mükafatının diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin təsviri”ni üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [18:18]
Saxta qəhrəmanların əsl siması VİDEO
- 13.05.2026 [17:40]
Azərbaycan və Slovakiya parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb
- 13.05.2026 [15:38]
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib
- 13.05.2026 [13:53]
Azərbaycanın gənc diplomatları NATO mənzil-qərargahında
- 13.05.2026 [13:12]