Slovakiya Milli Şurasının sədri: Slovakiya Azərbaycanın Avropada etibarlı tərəfdaşıdır VİDEO
Bakı, 13 may, AZƏRTAC
Slovakiya və Azərbaycan strateji tərəfdaşlardır. Bugünkü tədbirlər münasibətlərimizin iqtisadi, parlament və xalqlararası təmaslar baxımından çox güclü bir dinamika yaşadığını aydın şəkildə nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bunu Slovakiya Milli Şurasının sədri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarova ilə mayın 13-də keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, Slovakiya Avropa səhnəsində Azərbaycanın etibarlı və balanslı tərəfdaşı olaraq qalır və biz bu tərəfdaşlığı gələcəkdə böyük intensivliklə inkişaf etdirmək niyyətindəyik.