Gənclər üçün Təhsil Mərkəzi koronavirusla bağlı təbliğat kampaniyasına start verib
Bakı, 16 mart, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) koronavirusa dair əhali arasında təbliğat kampaniyasına start verib.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, mərkəz koronavirusun yayılmasının qarşısının alınması məqsədilə maarifləndirici materiallar hazırlayıb.
Gənclər üçün Təhsil Mərkəzi bütün vətəndaşlardan, media qurumlarından xahiş edir ki, bu posterlərin və paylaşım materiallarının mümkün qədər daha çox yayılmasına kömək göstərsin.