GENDER MƏSƏLƏLƏRİ ÜZRƏ LAYİHƏ HƏYATA KEÇİRİLƏCƏKDİR
Qadın Problemləri üzrə Dövlət Komitəsi BMT-nin İnkişaf Proqramı və Norveç hökumətinin maliyyəsi ilə sentyabr ayında “2004-cü il üçün gender münasibətlərinə dair insan inkişafı üzrə milli hesabat” layihəsini həyata keçirəcəkdir.
Komitədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bundan məqsəd gender münasibətlərinə dair bilik və anlayışların inkişaf etdirilməsi, gender bərabərliyinə dair tövsiyələrin işlənib hazırlanmasıdır.
Layihə çərçivəsində ölkəmizdə gender məsələləri üzrə tədqiqatlar aparılacaqdır. Tədqiqatların nəticələri 2004-cü il üçün insan inkişafı üzrə milli hesabatda dərc olunacaqdır.
Layihə 2005-ci ilin avqust ayına qədər davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:49]
Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub
- 23.09.2026 [19:47]
Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub
- 23.09.2026 [19:30]