Genetik analizlərin aparılmasını nəzərdə tutan Xidmətlər Zərfinin hazırlanması ilə bağlı müraciət edilib
Bakı, 13 noyabr, Günel Türksoy, AZƏRTAC
Azərbaycanda Kök Hüceyrə Bankının yaradılması istiqamətində işlər davam edir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ildə 10 min Azərbaycan vətəndaşının genetik analizlərinin aparılmasını nəzərdə tutan Xidmətlər Zərfinin hazırlanması və həmin analizlərin Xidmətlər Zərfinə daxil edilməsi ilə bağlı müraciət ünvanlayıb. Bu addım Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin müraciəti əsasında atılıb. Genetik analizlərin Xidmətlər Zərfinə salınması təsdiqləndiyi təqdirdə, Kök Hüceyrə Bankının formalaşdırılmasına başlanılacağı bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:05]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]