Georgi Qaxaria: Gürcüstanın əsas problemi ərazi bütövlüyüdür
Tbilisi, 8 sentyabr, AZƏRTAC
Bizim əsas məqsədimiz Gürcüstanın ərazi bütövlüyünü müharibəsiz bərpa etməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri vəzifəsinə namizəd Georgi Qaxaria parlamentdə keçirilən dinləmələr zamanı söyləyib.
Georgi Qaxaria deyib: “Gürcüstanın əsas problemi ərazi bütövlüyüdür. İşğal olunmuş ərazilər bizim daxili və xarici təhlükəsizliyimiz üçün olduqca vacib məsələdir. Hökumətlə yanaşı, müvafiq qurumlar da bu istiqamətdə fəal iş aparır. Biz hamımız anlamalıyıq ki, Gürcüstanın ərazi bütövlüyü bərpa olunmayana qədər ölkənin siyasi və iqtisadi planda tam inkişafı barədə danışmaq mümkün deyil. Ona görə də biz bütün səylərimizi birləşdirməliyik”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]