GÖMRÜK İŞÇİLƏRİ QAÇAQMALÇILIĞA QARŞI MÜBARİZƏNİ GÜCLƏNDİRƏCƏKLƏR
Azərbaycan Prezidenti Bakıda Biznes mərkəzinin açılışı mərasimində və yerli sahibkarlarla keçirdiyi görüşdə söylədiyi proqram xarakterli nitqində qaçaqmalçılığın iqtisadi inkişafa çox böyük zərbə vurduğunu demişdir. Bu məsələ ilə əlaqədar ciddi tədbirlər görülməsi və buna son qoyulması barədə dövlətimizin başçısının verdiyi göstərişləri yerinə yetirmək üçün Dövlət Gömrük Komitəsi bir sıra tədbirlər həyata keçirmiş, yerli gömrük orqanlarının fəaliyyətini gücləndirmək və onlara əməli kömək göstərmək üçün məsul şəxslər ayrı-ayrı gömrükxanalara ezam olunmuşlar.
Komitənin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Güloğlan Muradlı AZƏRTAC-ın müxbirinə demişdir ki, Astara və Biləsuvar gömrükçüləri ilə keçirilən görüşdə onlara qaçaqmalçılığa qarşı mübarizədə qabaqcıl metod və üsullardan istifadə etmək, həmçinin qısa zamanda işlərində ciddi dönüş yaratmaq və dövlət başçısının göstərişinin təxirə salınmadan yerinə yetirmək barədə ciddi tapşırıqlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]