GÖMRÜKÇÜLƏR ERMƏNİSTANDAN GƏTİRİLƏN QANUNSUZ MAL AŞKARLAMIŞLAR
Qəhvənin istehlak üçün yararlı olub-olmaması və standarta uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilmişdir.
Azərbaycan Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstutunun ekspertləri tərəfindən verilmiş arayışa əsasən, üzərində erməni və rus dillərində “QOLD” orijinal kofe” yazılmış, istehsalçısı Ermənistanın “Armen Amik Yeqbayiner” MMC olan üyüdülmüş qəhvənin tələblərə uyğun istehsal edilmədiyi və insan qidası üçün tam yararsız olduğuna görə məhv edilməsi məqsədəuyğun sayılmışdır.
Dövlət Gömrük Komitəsi əhalini bir daha xəbərdar edir ki, Ermənistan mənşəli yararsız malların istehlakı, ölkəyə gətirilməsi və istifadəsi qəti yolverilməzdir.