GORANBOY RAYONUNDA UŞAQ VƏ AİLƏLƏRƏ DƏSTƏK MƏRKƏZİ AÇILMIŞDIR
Bu münasibətlə keçirilən mərasimi rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov açmış, Milli Məclisin deputatı Gültəkin Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış etmişlər. Onlar xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası üçün bu mərkəzin əhəmiyyətini vurğulamış, bu işə kömək göstərən təşkilatlara minnətdarlıqlarını bildirmişlər.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ann Ders qeyd etmişdir ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə yaradılan bu mərkəzin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaq və ailələrə icma əsaslı alternativ dəstək xidmətləri göstərməkdir. Onun xidmətlərindən ancaq imkansız ailələrdən olan uşaq və gənclər, uşaq müəssisələrində yaşayan, sağlamlığı qeyri-normal olan, habelə qaçqın və məcburi köçkün uşaqlar faydalanacaqlar. Amerikalı diplomat həyata keçirilən bu layihənin gerçəkləşməsi üçün yerli təşkilatların da üzərinə böyük vəzifələr düşdüyünü bildirmiş və bu işdə onlara uğurlar arzulamışdır.
Mərasimdə mərkəzin balaca üzvlərinin çıxışlarından sonra rəmzi qırmızı lent kəsilmiş, səfir və bir sıra beynəlxalq təşkilatların nümayəndələri burada fəaliyyət göstərəcək “Açıq qapı”, “Əlaqələndirmə və informasiya”, “Ailə dəstək qrupu”, “Evlərə səfərlər”, “Aktiv terrapiya”, “Ana və uşaq qrupu”, “Uşaqlarla müsbət ünsiyyət”, “Uşaq və gənclər üçün həyat təlimi”, “Mədəni və əyləncəli tədbirlər” şöbələrində yaradılmış iş şəraiti ilə yaxından tanış olmuşlar. Mərasim Azərbaycan Dövlət Kukla Teatrı aktyorlarının iştirakı ilə göstərilən səhnəciklərlə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]
Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [21:38]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:21]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [21:20]
Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi
- 14.10.2026 [20:39]
Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir
- 14.10.2026 [20:33]
Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub
- 14.10.2026 [20:30]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:22]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [20:20]
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub
- 14.10.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [20:00]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [19:57]
YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib
- 14.10.2026 [19:41]
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
- 14.10.2026 [19:29]
Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib
- 14.10.2026 [19:24]
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO
- 14.10.2026 [19:08]
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO
- 14.10.2026 [19:04]
ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq
- 14.10.2026 [19:03]
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [19:02]
AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 14.10.2026 [18:58]