QAN YADDAŞI
Goranboyda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir
Goranboy, 31 mart (AZƏRTAC). Goranboyda azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim 31 Mart soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin ziyarət edilməsi ilə başlamışdır. Burada çıxış edənlər son iki əsrdə ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən, “Böyük Ermənistan” yaratmaq xülyası ilə həyata keçirdikləri soyqırımlarından, eləcə də bu faciələrin davamı olaraq 1988-ci ildən davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törətdikləri qanlı hadisələrdən danışmışlar.
Rayon mədəniyyət evinin kollektivi tərəfindən ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasətini əks etdirən ədəbi-bədii kompozisiyanın nümayişindən sonra mərasim iştirakçıları abidənin önünə gül dəstələri düzmüşlər.