Görkəmli gülüş ustası, Xalq Artisti Siyavuş Aslan vəfat etmişdir
Bakı, 27 iyun (AZƏRTAC). Görkəmli gülüş ustası, Xalq Artisti Siyavuş Aslan vəfat etmişdir.
Aktyor iyunun 27-si səhər saat 4.00 radələrində dünyasını dəyişmişdir.
Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri olan Siyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulmuşdur. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlamışdır. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləmişdir.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olmuşdur. Bir müddət həmin teatrın bədii rəhbəri işləmiş (1994-1996) və bir çox yaddaqalan obrazlar yaratmışdır.
Görkəmli sənətçi 1984-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru olmuşdur.
Televiziya tamaşalarında yüzdən çox obraz yaratmışdır.
Siyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Əməkdar Artist, 1982-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunmuşdur. Prezident təqaüdçüsüdür.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [18:27]
Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda!
- 26.05.2026 [18:20]
“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb
- 26.05.2026 [18:12]
Dövlət mükafatçısı: Çəkilən zəhmət öz bəhrəsini verdi
- 26.05.2026 [17:40]
“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır
- 26.05.2026 [17:31]
“Ulduz” jurnalının yeni nömrəsində...
- 26.05.2026 [16:40]
“Qara-Ağ” filmi beynəlxalq festivalın rəsmi proqramında
- 26.05.2026 [16:39]