Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçayda nar yığımına start verilib VİDEO

Məhsula əsas tələbat Rusiya, Ukrayna və Moldovadandır

Göyçay, 1 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Başında tacı, meyvələrin şahı, min bir dərdin dərmanı — nar. Göyçayda yazın ilk aylarından etibarən kəndlilərin sevgi və zəhmətlə qulluq etdiyi bu qiymətli meyvə artıq satış üçün hazırdır. Rayonun demək olar ki, bütün kəndlərində nar yığımına start verilib.

Narçılıq Göyçayda əsrlərdən bəri kəndlilərin həyat tərzinin bir hissəsinə çevrilib. Bu torpağın insanı üçün nar ağacı sadəcə bitki deyil — alın təri, ümid və ruzinin rəmzidir. Yazdan payıza qədər kəndlilər bağlarda əllərindən gələni edirlər ki, məhsul bol, keyfiyyətli və bazara yararlı olsun.

AZƏRTAC-ın bölgə müxbiri Göyçayın nar bağlarında olub, zəhmətkeş kəndlilərin iş prosesi ilə maraqlanıb.

Qadınlar səhər tezdən vedrələrini götürüb bağlara yollanırlar. Gözlərinin nuru ilə böyütdükləri meyvəni ehtiyatla, zədələmədən, budağa zərər vermədən yığırlar. Kişilər isə yığılmış məhsulun daşınması, qoşqulara və maşınlara yüklənməsi ilə məşğul olurlar.

Fermer Afət Məmmədova, 10 ildən çoxdur nar bağında çalışan kənd qadını, belə danışır:

“Nar bağımızda işlər yazdan başlayır. Suvarması, yaşıl budaması, quru budaması, dərmanlanması, ağacların arasının traktorlarla təmizlənməsi — hər bir işi vaxtında görmək lazımdır. Ümumiyyətlə, deyirlər nar yetişdirmək asandır, amma elə deyil. Nar gözəl qulluq sevir, sevgi istəyir. Ona sevgi ilə yanaşmasan, sənin zəhmətini qaytarmır”.

Narlar zədələnmədən, qırılmadan yığılmalıdır. Dərilən meyvələr əvvəlcə vedrələrə, sonra sahədə gözləyən traktorların qoşqularına yüklənir. Dronla baxdıqda, sanki torpağın qırmızı xalısını xatırladan bağlar insanın gözünü oxşayır.

Göyçayda narın Balamürsəl, Şıxbaba, Vələs, Gülövşə kimi bir çox növü yetişdirilir. Onların içərisində Gülövşə sortu həm yerli, həm də xarici bazarlarda ən çox satılan növdür.

Fermer Eyvaz Səmədov deyir ki, bu il məhsulun keyfiyyəti yüksək, məhsuldarlıq isə ötən illə müqayisədə nisbətən azdır: “Əsas problemlər əvvəlcədən yarandı – anomal istilər məhsulun ilkin fazasında təsir etdi. Sonra yetişməyə yaxın 10-12 gün dalbadal yağış yağdı. Bu da məhsuldarlığa mənfi təsir göstərdi. Amma Allaha şükür, məhsulumuz yaxşıdır, gördüyünüz kimi keyfiyyəti də yüksəkdir. Bütün bunlar aqrotexniki qulluğun nəticəsidir. Vaxtında dərmanlama aparılmasa, bu cür məhsul almaq mümkün olmazdı”.

Fermerin sözlərinə görə, bir kiloqram narın maya dəyəri orta hesabla 65–70 qəpik arasında dəyişir: “Xarici ölkələrdə bir nar ağacı 50 kiloqram məhsul verir. O bağ rentabellidir. Bizdə hələ bu nəticəyə çatmaq çətindir, amma son illər texniki xidmət yaxşılaşdıqca məhsuldarlıq da artır”.

Bağlardan toplanan narlar çeşidlənərək qablaşdırılır. Keyfiyyətli, iri ölçülü meyvələr ixrac üçün ayrılır, bir hissəsi isə yerli bazarlara göndərilir.

Nar alıcısı Fəqan Kərimov bildirir ki, bu il əsas tələbat Rusiya, Ukrayna və Moldova bazarlarındandır: “Bir həftə, on gündür ki, nar mövsümünə başlanılıb. Keçən il narı 50 qəpiyə alırdıqsa, bu il qiymətlər 80 qəpik – 1 manata qədər yüksəlib. Məhsuldarlıq bir qədər az olsa da, bu, qiymət baxımından kəndlilər üçün sərfəlidir”.

Göyçay narı təkcə xarici bazarlarda deyil, yerli bazarda da alıcı marağı ilə qarşılanır. Bazarın rəngarəngliyinə baxmaq kifayətdir – nardança, nar şirəsi, nar şərabı, nar turşusu... Satıcı Natiq Feyzullayev məhsulları təqdim edərək deyir:

“Hazırda narın mürəbbəsi — nardança 4 manatdır. Bu nar şərabıdır, 3 kiloqramlıq balon 20 manata satılır. Bu isə təbii nar şirəsidir. Bax, bu Balamürsəldir, rənginə aldanmayın, sortu belədir. Bu isə Şıxbabadır, bundan dünyanın heç yerində yoxdur, yalnız bizdə yetişir. Kürdəmirdə, Sabirabadda nar olar, amma bizim narla müqayisə olunmaz. Azərbaycanda bizim nara çata bilən yalnız Ağdamın Şelli narıdır”.

Hazırda bazarda qiymətlər sortdan və keyfiyyətdən asılı olaraq 60 qəpikdən 8 manata qədər dəyişir. Paralel şəkildə, rayondakı nar şirəsi istehsalı zavodları da məhsul qəbuluna başlayıb.

Narçılıq Göyçayda kəndlilərin əsas gəlir mənbəyidir. Rayonun Bığır, Alxasava, Qarayazı, Potu, Ləkçılpaq kəndlərində nar bağları daha geniş sahəni əhatə edir. Hazırda 10 min hektardan çox məhsul verən nar bağı mövcuddur. Ötən il isə 20 min ton nar tədarük edilib. Yeni tinglərin əkilməsi, damcı suvarma sistemlərinin qurulması və aqrotexniki xidmətlərin artması nəticəsində məhsuldarlığın gələn illərdə daha da yüksələcəyi gözlənilir.

Göyçay narı — təkcə torpağın bəxş etdiyi nemət deyil. Bu, həm də kəndlinin alın tərinin, səbrinin, zəhmətinin bəhrəsidir. Zəhmətin, halal ruzinin rəmzi olan Göyçay narı bu gün təkcə Azərbaycanın yox, dünyanın bir çox ölkələrinin süfrəsini bəzəyir.

Göyçayda nar yığımına start verilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Antonelli Formula 1 üzrə Kanada Qran-Prisinin qalibi olub

“Fox”: ABŞ-İran çərçivə sazişi üzrə razılaşmanın 95 faizi tamamlanıb

WUF13 Cənubi Qafqazda Azərbaycanın davamlı inkişaf və şəhərsalma sahəsində liderliyini daha da gücləndirir ŞƏRH

Rubio: Tramp Tehranın nüvə silahı əldə etməməsi üçün lazım olan hər şeyi edəcək

Füzulidə ildırım bir nəfəri vuraraq öldürüb

Tramp: İranla bağlı razılaşma hələ yekunlaşmayıb

İmişlidə yol qəzası olub, ölən və yaralılar var

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazır olacaq

Azərbaycan yeni beynəlxalq təşəbbüslər irəli sürən mühüm dövlətlərdən birinə çevrilib ŞƏRH

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Türkiyənin xarici işlər naziri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi ilə görüşüb

Azərbaycan İstanbulda keçirilən Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub

Qətər əmiri: Məsləhətləşmə və koordinasiya regional sabitliyi gücləndirə bilər

Lənkəranda sürücü sükan arxasında ölüb

İsveçdə uşaq zorakılığı ilə bağlı onlarla şübhəli müəyyən edilib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının son günündə 5 medal qazanıblar

İbrahim Kalın: Müasir Türkiyə tarixin gedişatını istiqəmətləndirən aktordur

“QUMUN 2026” iştirakçıları beynəlxalq qərarqəbuletmə proseslərini simulyasiya ediblər

Nərimanov rayonunda “Opel” markalı avtomobildə yanğın olub

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

“Qarabağ” növbəti transferini reallaşdırıb

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir

Tramp: İranla danışıqlar nizamlı və konstruktiv şəkildə davam edir

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub

Qaxlı müəllimlər atıcılıq üzrə yarışda bacarıqlarını sınayıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Yeni çağırışlar” kitabı təhsil ictimaiyyətinin diqqət mərkəzində

Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı kilometrliyində bərpa işlərinə başlanılıb

İƏT-ə üzv 15 ölkə Somalinin separatçı bölgəsinin İsraildə səfirlik açmaq niyyətini pisləyib

“Real Madrid” 10 futbolçusunu sata bilər

Qazax bəstəkarı: Qıpçaq qızı Appak və Nizami Gəncəvi haqqında opera Türk dünyasının birliyinin simvoludur - MÜSAHİBƏ

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb

İstanbulda keçirilən Etnoidman Mədəniyyət Festivalında Azərbaycan musiqisi və ədəbiyyatı geniş təbliğ edilir

İçərişəhər WUF13 çərçivəsində canlı və rəngarəng incəsənət platformasına çevrilib

Şəki və Zaqatalada qəbul imtahanı 11 mərkəzdə aparılıb

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

Azərbaycan və Gürcüstan rəsmiləri təhlükəsizlik məsələlərini müzakirə ediblər

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

“Airbus” rəhbəri “Scaf” döyüş təyyarəsi layihəsinə yenidən baxılmasını istəyir

Bakıda 26 dərəcəyədək isti qeydə alınıb, bəzi rayonlara yağış yağıb – FAKTİKİ HAVA

Bu saata olan əsas xəbərlər

Türkiyənin energetika naziri: Avropada “elektrik TANAP”a maraq artır

Azərbaycan Moskvada keçirilən “Spring Bazaar” layihəsində təmsil olunub

Azərbaycan millisinin baş məşqçisi: Dünya Kubokunda heç bir rəqibdən çəkinmirik

“Mançester Siti”dən ayrılan Qvardiola gələcək planlarını açıqlayıb

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb VİDEO

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb VİDEO

Cəlilabadda zəlzələ baş verib

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulur

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

Azərbaycan tarixi Səməd Vurğun yaradıcılığında

“Axios”: ABŞ və İran arasında atəşkəs uzadılacaq, danışıqlar davam etdiriləcək

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

Türkiyədə zəlzələ olub

Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi məlum olub – YENİLƏNİB 2 VİDEO

Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi məlum olub – YENİLƏNİB 2 VİDEO

Bu gün II və III ixtisas qrupları üzrə 57 minədək abituriyent imtahan verəcək

Kiyevə raket zərbələri davam edir, yaralıların sayı artıb  - YENİLƏNİB 2

Meksikanın nüfuzlu jurnalında Azərbaycanla bağlı silsilə məlumatlar dərc olunub

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs” VİDEO

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs” VİDEO

ABŞ Prezidenti: İranla sazişin təfərrüatları tezliklə açıqlanacaq

“Bavariya” futbol üzrə Almaniya kubokunun qalibi olub

Fransada Yelisey sarayında axtarış aparılıb

Los-Ancelesdə ABŞ-Avrasiya Nəqliyyat Forumu təşkil edilib VİDEO

Los-Ancelesdə ABŞ-Avrasiya Nəqliyyat Forumu təşkil edilib VİDEO

Azərbaycan Minifutbol Federasiyasının prezidentinin millinin üzvləri ilə görüşü olub

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

Rəssam, heykəltaraş İmanverdi Mustafayevlə vida mərasimi olub

U-15 Avropa çempionatında daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb

Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalında

İtaliyalı hücumçu Azərbaycan millisinə cəlb olunub

Azərbaycanın qadın karateçisi Avropa çempionu olub

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb

Hindistan və İsveç Veneraya birgə missiya hazırlayır

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

Premyer Liqada daha bir oyun reallaşıb

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

Almaniyada planer avtomagistrala düşüb, bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

Tramp həftəsonu İranla müharibəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək

Bu saata olan əsas xəbərlər

Pakistan ABŞ-İran sülh sazişi üzrə anlaşmada müəyyən irəliləyiş olduğunu bildirib

Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub

ABŞ hərbi komandanlığı İran limanlarına daxil olan və çıxan 100 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb

Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib

“Təbiətin fırça izi” sərgisi - gənc yaradıcılığın yeni təqdimatı

Fərid Quliyev: WUF13 çərçivəsində təşkil olunan konsertdə Azərbaycan musiqisinin zənginliyi təqdim edilib

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Sudanın Qərbi Kordofan vilayətində vəba yayılır, onlarla insan həyatını itirib

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

“Qarabağ” 3 futbolçu ilə yollarını ayırıb

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb