Göyçayda soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir
Göyçay, 1 aprel (AZƏRTAC). 31 mart-Azərbaycanlıların soyqırımı günü Göyçayda da yad edilmişdir. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, gənclər və məktəblilər Şəhidlər xiyabanını və “Azərbaycanlıların soyqırımı” abidə kompleksini ziyarət edərək önünə əklil və gül dəstələri düzmüşlər.
Kompleksin qarşısında keçirilən toplantıda çıxış edən rayon ziyalıları “Böyük Ermənistan” yaratmaq xülyasına düşən bədnam qonşularmız tərəfindən 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda, Göyçayda, Kürdəmirdə, Lənkəranda törədilən qırğınların acı xatirələrindən, soyqırımı qurbanlarının başına gətirilmiş müsibətlərdən, bu vandalizmin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlardan istifadə olunmasının vacibliyindən söz açmışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev mart soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da Sərəncam imzalamaqla günahsız yerə öldürülmüş minlərlə azərbaycanlının əziz xatirəsinin, qan yaddaşımızın unudulmasına imkan vermədi. Ermənilər isə beynəlxalq aləmdə ifşa olunmağa başladılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]