GÖYGÖL RAYONUNDA EKOLOGİYANIN QORUNMASI İLƏ BAĞLI AYLIQ KEÇİRİLİR
Göygöl, 8 aprel (AZƏRTAC). Göygöl rayon yol polisi bölməsinin əməkdaşları tərəfindən Ekologiya ili çərçivəsində “Ətraf mühit - təmiz hava” devizi altında aylıq keçirilir.
Bölmənin rəisi Vüqar Hüseynovun verdiyi məlumata görə, aylığın keçirilməsində əsas məqsəd texniki cəhətdən nasaz nəqliyyat vasitələrini aşkar edərək onların istismarını dayandırmaq və beləliklə də havaya atılan zəhərli qazların həcmini azaltmaqdır. Artıq qısa vaxt ərzində 20-dən artıq belə nəqliyyat vasitəsi aşkar edilmiş və həmin avtomaşınları idarə edən sürücülərin hər biri 23 manat məbləğındə cərimə olunmuşdur. Təmiz hava uğrunda keçirilən reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]