Göygöl, Şəmkir, Qazax EŞ müəssisələri üzrə ödəniş artmışdır
Bakı, 18 may (AZƏRTAC). Apreldə Göygöl Elektrik Şəbəkəsi (EŞ) müəssisəsində 7,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş 69 faizdən artıq olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödəniş 3 faizə yaxın artmışdır. Daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 1,8 milyon kilovat-saatdan artıq təşkil etmiş, ödəniş isə 100 faizə yaxın olmuşdur.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Şəmkir EŞ müəssisəsi üzrə 21,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş 77 faizdən artıq olmuşdur. Daimi əhali istehlakçı qrupunda 6,9 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmiş, ödəniş 88 faizdən çox olmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz çoxdur.
Qazax EŞ müəssisəsində 5,5 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş 84 faizdən artıq olmuşdur. Daimi əhali istehlakçı qrupu üzrə istehlak 2,6 milyon kilovat-saata yaxın, ödəniş isə 83 faizdən artıq olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:34]
Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”nın 2-ci toplantısında təmsil olunub
- 09.09.2026 [17:58]
Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
- 09.09.2026 [16:36]