Göygöldə Azərbaycanın ilk Moruq Festivalı keçiriləcək
Bakı, 11 sentyabr, AZƏRTAC
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Moruq Festivalı keçiriləcək.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, festival sentyabrın 14-15-də saat 10:00-dan başlayaraq Göygöl rayonunun Keşkü kəndində təşkil olunacaq. Festivalda qonaqlara moruqdan hazırlanan müxtəlif təamlar və içkilər təklif olunacaq. Festival çərçivəsində konsert proqramı da təqdim ediləcək. Həm uşaqlar, həm də böyüklər üçün əyləncəli proqramlar nəzərdə tutulub. Təbiət qoynunda vaxt keçirmək istəyənlər üçün isə xüsusi ərazi ayrılacaq.
Festival çərçivəsində, həmçinin yerli sənətkarların əl işlərinin nümayiş olunduğu sərgi-satış yarmarkası təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:48]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.10.2026 [18:10]
Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib
- 13.10.2026 [18:04]
İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb
- 13.10.2026 [17:23]