“GÖYÜN YEDDİNCİ QATI”NDA DÜNYAYA GƏLDİ
AZƏRTAC xarici Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Moskvadan Yakutska uçan təyyarədə sərnişinlərin sayı havada artmışdır. “Yakutiya” aviaşirkətinə məxsus təyyarədə 25 yaşlı Anna Kolodeznikovanın sancıları tutmuşdur. Xoşbəxtlikdən, reysin 98 sərnişini arasında kardioloq, cərrah və pediator da tapılmışdır. Kapitan təcili olaraq Mirnı şəhərinin hava limanına enmək barədə qərar qəbul etsə də, Zarina, - çağanı belə adlandırdılar, - təyyarə göydə olarkən dünyaya gəlmişdir.
Belə hadisələr tez-tez olur. 2004-cü ildə Yakutskdan Tiksiyə uçan AN-24 təyyarəsində, 2005-ci ildə isə “Qütb aviaxətləri” şirkətinə məxsus Mi-8 vertolyotunda da körpələr dünyaya göz açmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]