“Gözü yolda Xocalım…” ədəbi-bədii kompozisiyası nümayiş etdirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir.
Muzeyin foyesində Xocalı soyqırımını əks etdirən fotoşəkillər sərgilənmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər tarixən Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açmış və bu sırada Xocalı qətliamının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu vurğulamışlar.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında “Gözü yaşlı Xocalım…” ədəbi-bədii kompozisiyası nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]