Güclü külək Bərdə rayonuna da ziyan vurub
Bərdə, 24 dekabr, AZƏRTAC
Dekabrın 23-də saat 20:00 radələrindən başlayan güclü külək Bərdə rayonunda ziyanlıq törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, külək nəticəsində rayon mərkəzində 5, kəndlərdə 21 ağac qırılıb. Bərdə şəhərində iki çoxmənzilli yaşayış binasının, üç fərdi evin dam örtüyünə ziyan dəyib. Şəhər ərazisində 2, kəndlərdə 4 elektrik dirəyi aşıb, enerjinin verilişində fasilələr yaranıb.
Hazırda küləyin fəsadları aradan qaldırılır.