GÜLƏŞÇİLƏRİMİZ BEYNƏLXALQ TURNİRLƏRDƏ İŞTİRAK EDƏCƏKLƏR
İyirmi ölkədən 300-dək pəhləvanın mübarizə aparacağı yarışda Azərbaycanın idman şərəfini 7 nəfərdən ibarət milli yığma komanda qoruyacaqdır. Yeni təyin olunmuş baş məşqçi Aslan Ağayevin rəhbərlik etdiyi komandanın heyətində Namiq Sevdimov (55 kq), Vüsal Axundov (55 kq), İbad Məmmədzadə (60 kq), Emin Əzizov (66 kq), Elnur Aslanov (74 kq), Elşən Yusifov (84 kq) və Vüqar Qurbanov (96 kq) təmsil olunurlar.
Bu mötəbər idman tədbirində birinci yer tutan komanda 40 min, ikinci yerin sahibi 30 min, üçüncü yer tutan komanda isə 20 min ABŞ dolları məbləğində mükafatlandırılacaqdır.
Xatırladaq ki, eyni vaxtda Moskvada ikiqat olimpiya çempionu İvan Yariginin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq sərbəst güləş turniri keçiriləcəkdir. Bu yarışda isə ölkəmizi məşqçi Xosrov Cəfərovun rəhbərliyi ilə 11 güləşçi təmsil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]