GÜN ƏRZİNDƏ 32 CİNAYƏT FAKTI QEYDƏ ALINMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, avqustun 23-də respublika ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 12 cinayətkar tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Qanunsuz saxlanılan silah-sursatın yığılması ilə əlaqədar 2, narkotiklərlə bağlı 6 fakt aşkar edilmiş, müxtəlif növ cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur. Baş vermiş dörd yol-nəqliyyat qəzasında üç nəfər dünyasını dəyişmiş, 9 adam yaralanmışdır. Üç yanğın hadisəsi zamanı 3 nəfər ölmüşdür.
Gün ərzində qeydə alınan 32 cinayət hadisəsindən 22-nin üstü isti izlərlə açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]