Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gündən-günə müasirləşən Naxçıvan bu gün özünün inkişafı ilə nümunədir

Naxçıvan, 6 noyabr, AZƏRTAC

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada yüksək mənəvi dəyərlərə malik sağlamdüşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclik formalaşıb. Bunun nəticəsidir ki, bu il üçün ölkəmizin Gənclər Paytaxtı olan Naxçıvanda gənclərin fəallığı, təşəbbüskarlığı artıb, vətəndaşlıq mövqeyi möhkəmlənib.

Gənclər üçün yeni binalar inşa olunur

Naxçıvanlı gənclər muxtar respublikada onlara istiqamətlənmiş ardıcıl sosial layihələrdən bəhrələnirlər. Həmin layihələr çərçivəsində gənclər üçün yeni binalar inşa olunur.

Dövlət tərəfindən maliyyələşdirilən bu layihələr ilk dəfə Naxçıvan şəhərində həyata keçirilib, Gənclər şəhərciyi tikilib istifadəyə verilib. Muxtar respublikanın Kəngərli və Sədərək rayonlarında da gənclər üçün yeni yaşayış binalarının tikintisinə başlanılıb. Görülən kompleks işlərin davamı olaraq oktyabrın 1-də Babək qəsəbəsində gənc ailələr üçün inşa edilmiş 8 mərtəbədən ibarət olan 28 mənzilli yeni yaşayış binası istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Gənclərin müasir və rahat mənzillərlə təmin olunması imkan verir ki, onlar öz potensiallarını işlərinə və ailələrinin möhkəmliyinə sərf etsinlər. Çünki cəmiyyətdə nikahların qorunması və möhkəmləndirilməsində mənzil amili xüsusi yer tutur. Həyata keçirilən bu layihələr ölkəmizin iqtisadi gücünün göstəricisidir. İqtisadi inkişaf, sabitlik və dövlət qayğısı olmadan bu tədbirləri həyata keçirmək mümkün olmaz. Bütün bunlar isə ölkəmizdə var. Dövlətimiz də mövcud imkanlardan istifadə edərək sosial sahənin inkişafını, xüsusilə də əhali üçün rahat yaşayış şəraitinin yaradılmasını diqqətdə saxlayır, gənc ailələr müasir mənzillərlə təmin olunurlar”.

Ali Məclisin Sədri binanın gələcək sakinlərinə rahat və firavan həyat arzulayıb, bu işlərdə əməyi olanlara təşəkkür edib.

Dini-mənəvi dəyərlər qorunur

İslam Mədəniyyətinin Paytaxtı kimi digər bir mötəbər missiyanı yerinə yetirən Naxçıvanda ötən illər ərzində dövlət-din siyasətinin uğurla həyata keçirilməsi dini və mənəvi dəyərlərimizin qorunmasına, İslam dininin olduğu kimi təbliğinə geniş imkanlar açıb. Muxtar respublikanın yaşayış məntəqələrində yeni məscid binalarının və mərasim evlərinin tikilməsi reallaşdırılan dövlət-din siyasətinin mühüm istiqamətlərindəndir.

Oktyabrın 1-də Babək qəsəbəsində məscid və mərasim evi istifadəyə verilib.

Ali Məclisin Sədri tədbirdə çıxış edərək deyib: “Bu gün Babək qəsəbəsində məscid və mərasim evi istifadəyə verilir. Eyni zamanda, Naxçıvan şəhərinin, Şərur, Babək və Ordubad rayonlarının dini icmalarının rəhbərlərinə xidməti avtomobillər təqdim edilir. Bu, ölkəmizdə həyata keçirilən dövlət-din siyasətinin nəticəsidir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, din dövlətdən ayrıdır. Lakin buna baxmayaraq, dövlətimiz dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına qayğı göstərir, dindarlar üçün hərtərəfli şərait yaradır. Dindarlarımız isə ölkəmizdəki sabitliyin qorunmasına, İslam dininin olduğu kimi təbliğinə xüsusi diqqət yetirirlər. Birgə fəaliyyətin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri qarşılıqlı anlaşma və hörmət əsasında qurulub”.

Sonra Ali Məclisin Sədri Naxçıvan şəhərinin, Şərur, Babək və Ordubad rayonlarının dini icmalarının rəhbərlərinə “NAZ Lifan 330” markalı xidməti avtomobillərin açarlarını təqdim edib.

Xarici əlaqələr genişlənir

İqtisadiyyatı sürətlə inkişaf edən, bütün sahələrdə böyük nailiyyətlərə imza atan Naxçıvan Muxtar Respublikasının bu gün dünyanın 50-dən çox ölkəsi ilə ticarət əlaqələri mövcuddur. Muxtar respublikanın əhəmiyyətli turizm potensialı, burada elmin, mədəniyyətin, təhsilin və digər mühüm sahələrin inkişaf etməsi onun bu istiqamətlərdə əlaqələrini daha da genişləndirməyə hərtərəfli şərait yaradır. Bu sırada regionun və dünyanın əhəmiyyətli ölkələri özünəməxsus yerə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 1-də Türkiyənin muxtar respublikaya yeni təyin olunmuş Baş konsulu Məhmət Emin Kiraz, oktyabrın 17-də isə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. Söhbət zamanı mövcud əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraqdoğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Taxılçılıq inkişaf etdirilir

Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində muxtar respublikada həyata keçirilən tədbirlər prioritet sahə olan taxılçılığın inkişafına da geniş imkanlar açıb. Bu sahənin dövlət tərəfindən dəstəklənməsi, texnika, gübrə və toxum təminatı, eləcə də mütərəqqi suvarma sistemlərinin qurulması məhsul istehsalının artmasına səbəb olub.

Oktyabrın 6-da Ali Məclisin Sədri “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahələrinə gəlib, əkinin gedişi ilə maraqlanıb.

Muxtar respublika rəhbəri torpaq mülkiyyətçilərinin keyfiyyətli və məhsuldar toxum sortları ilə təmin edilməsinin vacibliyini bildirib, muxtar respublikada dəmyə taxıl əkininin genişləndirilməsi, növbəli əkinə üstünlük verilməsi, ərazidə qoruyucu yonca əkininin aparılması və qapalı suvarma şəbəkəsinin qurulması barədə müvafiq tapşırıqlar verib.

Yeni hərbi hissə istifadəyə verilib

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasını gücləndirib, onun döyüş qabiliyyətini artırıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, oktyabrın 8-də Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissəsi istifadəyə verilib.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, hərbi hissədə nümunəvi xidmət şəraitinin yaradıldığını bildirib, şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığının daim artırılması, texnikaların saxlanma şəraitinə nəzarət olunması və təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tapşırıqlar verib.

Ucqar dağ və sərhəd kəndlərində müasir infrastruktur yaradılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “2003-cü ildə prezident seçkiləri ərəfəsində söz vermişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcəkdir. Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir”. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan davamlı inkişaf və tərəqqi dövrünü yaşayır. Bu inkişaf Naxçıvan Muxtar Respublikasını da əhatə edib. Heydər Əliyev siyasi xəttinə sədaqət muxtar respublikanın bütün yaşayış məntəqələrində sürətli və kompleks inkişafı təmin edib, hətta ucqar dağ və sərhəd kəndlərimizdə də müasir infrastruktur yaradılıb. Oktyabrın 15-də Babək rayonunun Aşağı və Yuxarı Buzqov kəndləri də belə yaşayış məntəqələrinin sırasına qoşulub, həmin kəndlərdə yeni sosial obyektlər istifadəyə verilib, müasir yol infrastrukturu qurulub.

Son illər tikilən gözəl məktəb binaları, kənd və xidmət mərkəzləri, səhiyyə ocaqları, salınan abad yollar həmin kəndlərin sakinlərinin rahat yaşayışının təmin olunmasına xidmət edir. Etibarlı müdafiə olunan dağ və sərhəd kəndlərimizə bu gün fasiləsiz təbii qaz və elektrik enerjisi verilir, rabitə xidməti göstərilir. Yeni yol rahat gediş-gəlişi təmin edir, müasir məktəb binaları şagirdlərin keyfiyyətli təhsil almasına imkan verir, müasir tibbi xidmət sakinlərin sağlamlığını qoruyur, internetə çıxış imkanı isə insanların dünyagörüşünün artmasına şərait yaradır. Bir sözlə, havası, suyu təmiz olan, hərtərəfli şəraitə və özünəməxsus müsbət auraya malik kəndlərimiz bir cazibə məkanına çevrilir. Məhz bunun nəticəsidir ki, həmin ünvanlarda işləmək istəyənlərin sayı getdikcə artır.

Aşağı Buzqov kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsindən sonra məktəbin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri deyib: “Müasir məktəb binası gənclərimizi gələcəyə hazırlayan təhsil abidəsidir. Bu il təyinatla iki gənc müəllim Aşağı Buzqov kənd tam orta məktəbində işlə təmin olunub. Artıq gənclərimiz kəndlərdə işləməyə daha çox üstünlük verirlər. Bunun da əsas səbəbi kəndlərimizdə şəhər rahatlığının yaradılmasıdır. Şəhərlərimizdə də müasir məktəblər var. Lakin təmiz hava və səfalı təbiət kəndlərimizdədir. Bütün bunlarla yanaşı, yaradılan müasir infrastruktur da kənddə yaşamaq və işləmək üçün geniş imkanlar açır. Çünki yaxşı iş şəraiti həm də yaxşı əhval-ruhiyyə deməkdir. Vaxtilə gənclərimiz şəhər məktəblərində işləməyə daha çox üstünlük verirdilər. Lakin şəhərlə kənd arasındakı fərqin aradan götürülməsi gənclərin kəndlərdə məskunlaşmasına və işləməsinə geniş imkanlar açıb. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, gənclərin hərtərəfli təhsil alması qayğısına qalmalıdırlar”.

Zəhmət yüksək qiymətləndirilir

Oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, Azərbaycan Respublikasının orden və medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü, orden və medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.

Arıçılığın inkişafına diqqət artırılıb

Muxtar respublikanın coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada arıçılığın da inkişafına geniş imkanlar açır. Onun əhəmiyyəti təkcə qiymətli arıçılıq məhsullarının istehsalı ilə bitmir, eyni zamanda, əhalinin məşğulluğunun, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında və toxumların keyfiyyətinin yüksəldilməsində də xüsusi rol oynayır. Bu səbəbdən arıçılığın inkişafı diqqətdə saxlanılır. Həmin sahənin stimullaşdırılması, məhsulların daha geniş alıcı kütləsinə təqdim edilməsi məqsədilə muxtar respublikada keçirilən və böyük maraqla qarşılanan festivallar artıq ənənəvi xarakter alıb. Oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində üçüncü “Arıçılıq məhsulları - bal festivalı” keçirilib.

Ali Məclisin Sədri festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub.

Babək rayonunun təşkil olunmasının 40 illik yubileyi qeyd olunub

Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycana bəxş etdiyim töhfələr - zavodlar, buruqlar, binalar, obyektlər, abidələr, yeni qəsəbələr mən həyatda olmayanda da Heydər Əliyevin izləri kimi yaddaşlarda yaşayacaqdır”. Bu il yaranmasının 40 illiyini qeyd etdiyimiz Babək rayonu və Babək qəsəbəsi də Ulu Öndərimizin yadigarları kimi yaşayır və inkişaf edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 16-da “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncam imzalayıb. Bununla bağlı təsdiq olunan Tədbirlər Planına əsasən rayonda geniş quruculuq işləri aparılıb, Babək qəsəbəsində dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina əsaslı şəkildə yenidən qurulub.

Oktyabrın 22-də Babək rayonunda dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina istifadəyə verilib.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində bu gün Babək rayonu özünün inkişaf dövrünü yaşayır. 1996-cı ildən başlayaraq rayonda kompleks quruculuq tədbirləri həyata keçirilib, yeni istehsal və xidmət sahələri yaradılıb, əhalinin səmərəli məşğulluğu təmin edilib. Rayonun Babək qəsəbəsi və kəndləri artıq kompleks şəkildə abadlaşdırılıb. Hazırda rayonda yüngül, yeyinti, kağız, karton və poliqrafiya, tikinti sahələrini əhatə edən 70-dən çox müəssisə fəaliyyət göstərir. Son 20 ildə burada 41 təhsil ocağı, o cümlədən 13 min 136 şagird yerlik 35 ümumtəhsil məktəbi, 1 uşaq bağçası, 5 uşaq musiqi məktəbi, 34 səhiyyə, 28 mədəniyyət, 3 idman obyekti, 63 inzibati bina, 161 istehsal, xidmət və digər infrastruktur obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. 2017-ci ildə muxtar respublika üzrə kənd təsərrüfatında istehsal olunmuş ümumi məhsulun 20 faizi, yaxud 96 milyon manatı Babək rayonunun payına düşüb. 2004-cü ildən 2018-ci il 1 oktyabr tarixinədək 8746 yeni iş yeri açılıb ki, bunun da 6862-si və ya 78,5 faizi daimi iş yeridir.

Bu faktlar oktyabrın 22-də Babək Rayon Mədəniyyət Evində rayonun yubileyi ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.

Ali Məclisin Sədri Babək rayonunun təşkil olunmasının 40 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, Babək rayonunun əhalisini təbrik edərək deyib: “40 il bundan əvvəl Babək rayonunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində Ulu Öndər bir tərəfdən milli şüurun bərpası istiqamətində tədbirlər həyata keçirir, digər tərəfdən isə regionlarda geniş quruculuq işlərinin aparılması, dağ, eləcə də sərhəd kənd və rayonlarının möhkəmləndirilməsi, yeni qəsəbələrin, rayonların yaradılması barədə qərarlar qəbul edirdi. O dövrdə yeni yaranan rayonlardan biri də Naxçıvan Muxtar Respublikasının Babək rayonu idi. 1978-ci ildə xalq qəhrəmanı Babəkin adını daşıyan rayonun yaradılması Heydər Əliyev milli quruculuq strategiyasının nəticəsi kimi mühüm əhəmiyyətə malikdir”.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına və “Rəşadətli əməyə görə” nişanına layiq görülənlərə müvafiq təltiflərin təqdimatı olub.

Naxçıvanın investisiya cazibədarlığı daha da artıb

Muxtar respublikada mövcud olan bütün iqtisadi resurslardan səmərəli istifadə sahəsində geniş təcrübə formalaşıb. Bu təcrübənin müxtəlif sahələr üzrə uğurla tətbiq olunması iqtisadiyyatın şaxələndirilməsi kimi günün tələblərinin yerinə yetirilməsinə imkan yaradır. Buna paralel olaraq, diyarımızın investisiya cazibədarlığı daha da artır.

Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq ilə görüşü zamanı bu məsələ xüsusi qeyd olunub.

Ali Məclisin Sədri Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən Naxçıvan şəhərində həyata keçirilmiş “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinin uğurla başa çatması münasibətilə Vençay Janqı təbrik edib.

Ali Məclisin Sədri deyib ki, layihə çərçivəsində 350 kilometr içməli su və 332 kilometr kanalizasiya şəbəkəsi çəkilib, 135 min nəfər standartlara uyğun içməli su ilə təmin olunub. Həmçinin layihədən qənaət olunmuş vəsait hesabına 3 yaşayış məntəqəsində də içməli su və kanalizasiya şəbəkəsi qurulub.

Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın qardaş Türkiyə ilə əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikası xüsusi rol oynayır. Qədim diyarımızla Türkiyənin yaxın vilayətləri arasındakı iqtisadi-ticarət əlaqələri hər keçən gün daha da inkişaf edir, qarşılıqlı faydalı əməkdaşlıq qurulur.

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib. Ali Məclisin Sədri rəsmi qəbulda iştirak edib.

Hərbi təlim və nəticə: ordu, birləşmə və hissələr istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir

Bu gün muxtar respublikada etibarlı hərbi təhlükəsizlik sistemi qurulub, görülən ardıcıl tədbirlər nəticəsində bütün güc strukturlarımızın hərbi birləşmələri əməliyyat-taktiki baxımdan yüksək döyüş qabiliyyətinə sahib olub. Ötən il oktyabrın 18-də Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad, bu ilin may ayında isə ordumuzun ön xəttin dövlət sərhədi boyu mühüm əhəmiyyətə malik hakim yüksəklikləri, həmçinin Şərur rayonunun işğal altındakı Günnüt kəndini azad etməsi dosta sevinc, düşmənə gözdağı olub. Oktyabrın 30-da Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimləri də növbəti dəfə onu maraqla izləyən hər bir muxtar respublika sakinində fəxarət hissi yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər.

Ali Məclisin Sədri hərbi təlimin hadisəsiz və uğurla başa çatması münasibətilə zabit, gizir və əsgərləri təbrik edib, təlimdə iştirak edən bütün şəxsi heyətə təşəkkürünü bildirərək deyib: “Ordusu olmayan dövlət müstəqil ola bilməz. Güclü ordu güclü dövlətçilik, sabitlik və inkişaf deməkdir. Azərbaycan xalqının heç bir zaman öz müstəqilliyindən geri çəkilməyəcəyini bəyan edən Ümummilli Liderimiz deyirdi ki, “Azərbaycan təkcə bu gün yox, gələcəkdə də torpaqlarını, dövlət müstəqilliyini qorumaq üçün güclü orduya malik olmalıdır”. Ulu Öndərimizin ordu quruculuğu sahəsində başladığı işi uğurla davam etdirən Prezident İlham Əliyev dövlət müstəqilliyimizin qarantı olan güclü ordu yaratmışdır. Bu gün ordumuzun maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının artırılması istiqamətində kompleks tədbirlər görülür”.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının da müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Keçirilən hərbi təlim də göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və hissələri istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir. Ordumuz ona görə güclüdür ki, şəxsi heyətdə yüksək vətənpərvərlik var. Vətənpərvərlik sahib olduğumuz ən ali dəyərimizdir. Bu gün keçirilən hərbi təlimdən çıxarılan konkret nəticə də ondan ibarətdir ki, Silahlı Qüvvələrimizin hərbi qulluqçuları yüksək döyüş hazırlığı ilə yanaşı, həm də yüksək vətənpərvərliyə malikdirlər.

Muxtar respublika rəhbəri yeni hərbi təyinatlı cihazlara baxıb, təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov xüsusi təyinatlıların təlim mərkəzində yaradılan şəraitlə də maraqlanıblar.

Ötən hər ay yeni-yeni nailiyyətlərlə yadda qalır

Göründüyü kimi, ötən hər ay muxtar respublikamızda mühüm əhəmiyyət kəsb edən hadisələrlə, quruculuq ərməğanları ilə, yeni-yeni əhəmiyyətli nailiyyətlərlə yadda qalır. Bütün bunlar ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasının müasir mərhələdə müvəffəqiyyətlə, yüksək vətənpərvərliklə həyata keçirilməsi ilə yanaşı, həm də Rəhbər faktorunun real siyasi fəaliyyətdə təsdiqidir. Davamlı iqtisadi yüksəliş, müasir dövrün tələblərinə uyğun idarəetmə mexanizmi və aparılan məqsədyönlü, ardıcıl siyasət nəticəsində gündən-günə müasirləşən qədim diyar bu gün özünün inkişafı ilə nümunədir. Muxtar respublikada görülən genişmiqyaslı işlər isə müstəqil Azərbaycan dövlətinin milli maraqlarının ən yüksək səviyyədə təmin olunmasına xidmət edir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub