Günel İbrahimli: Xocalı soyqırımı qan yaddaşımızdan heç zaman silinməyəcək
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı faciəsini görməsəm də həmin hadisələrin şahidi olmuş valideynlərim dəfələrlə bizə bu soyqırımının dəhşətlərindən, ermənilər tərəfindən fevralın 25-dən 26-na keçən gecə xalqımızın başına gətirilmiş müsibətlərdən danışıblar. Valideynlərim hələ də həmin günləri böyük hüzn və kədərlə xatırlayırlar.
Bunu AZƏRTAC-a müsahibəsində fevralın 26-da Xətai rayonunda “Ana harayı” abidəsini ziyarət edən Günel İbrahimli söyləyib.
“Xocalı hadisələrini xatırlamaq və bu barədə danışmaq bizim üçün çox ürəkağrıdıcıdır. Çünki həmin qanlı gecədə ailəmizin səkkiz üzvü ermənilər tərəfindən qətlə yetirilib, şəhidlərimiz olub. Bu hadisələrdə mənfur qonşularımız tərəfindən Xocalı sakinlərinə sağalmaz yara, ağır mənəvi zərbələr vurulub. Bu gün gənc nəsil Xocalı həqiqətləri, ermənilərin törətdikləri vəhşiliklər barədə daha ətraflı məlumatlandırılmalı, gənclər Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımını unutmamlıdırlar. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı qan yaddaşımızdan heç zaman silinməyəcək. İllər keçsə də Xocalı faciəsi qurbanlarının xatirəsini hər zaman ehtiramla anacağıq”, - deyə Günel İbrahimli söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]