“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qurultayında yeni sədr seçiləcək
Tbilisi, 12 yanvar, AZƏRTAC
Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının növbəti qurultayı yanvarın 16-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcü Arzusu"nun icra katibi Kaxa Kaladze məlumat verib.
Onun sözlərinə görə, qurultaya ölkənin bütün bölgələrindən 400-ə yaxın nümayəndə qatılacaq.
Qurultayda partiyanın yeni sədri və partiyanın siyasi şurasının yenilənmiş tərkibi seçiləcək. Siyasi Şuranın qərarına əsasən, İrakli Kobaxidze partiya sədri vəzifəsinə namizəd göstəriləcək.
İcra katibi deyib: “Partiyanın qurucusu və sabiq sədri Bidzina İvanişvilinin siyasətdən uzaqlaşması, əlbəttə ki, partiyamız üçün bir problemdir. İndi Bidzina İvanişvilinin başlatdığı işləri başa çatdırmaq və Gürcüstanı bir Avropa dövləti olaraq qurmaq, demokratiya və insan haqlarını daha da gücləndirmək, vətəndaşlarımızın rifahını yüksəltmək, yoxsulluğu aradan qaldırmaq və ölkəmizin rifahını yaxşılaşdırmaq üçün xüsusi məsuliyyətimiz var”.
“Gürcü Arzusu"nun siyasi komandası birgə məqsədyönlü hədəflərə mütləq şəkildə nail olacaq”, - deyə K.Kaladze vurğulayıb.
Pandemiya səbəbindən partiyanın qurultayına xarici ölkələrdən qonaq dəvət olunmayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]