Gürcü ekspert: Prezident seçkilərinin Azərbaycanın bütün ərazisini əhatə etməsi ölkə üçün mühüm nailiyyətdir
Bakı, 19 yanvar, AZƏRTAC
Prezident seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün ərazisini əhatə edəcəyinə görə əhəmiyyətlidir və bu, ölkə üçün mühüm nailiyyətdir.
AZƏRTAC “Secki-2024” Müstəqil Media Mərkəzinə istinadla xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə gürcü mütəxəssis, siyasi ekspert İrakli Qoqava deyib.
İ.Qoqava əminliyini ifadə edib ki, seçki prosesi sabit şəkildə və demokratik standartlara uyğun keçiriləcək.
Gürcü ekspert, bu prosesin yüksək səviyyədə baş tutması üçün Azərbaycan Mərkəzi Seçki Komissiyasının təcrübəsini və hazırkı fəaliyyətini də yüksək qiymətləndirib. O, qardaş Azərbaycan xalqına uğurlu seçkilər, Cənubi Qafqaz regionuna davamlı sülh arzulayıb.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri cari il fevralın 7-də keçiriləcək. Prezident seçkilərində 7 namizəd mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]