Gürcüstan daxili aviareysləri bərpa edir
Tbilisi, 3 iyun, AZƏRTAC
Gürcüstan hökuməti iyunun 15-dən etibarən ölkədaxili aviareyslərin bərpasına icazə verib.
AZƏRTAC xəbər verir ki, ilk olaraq Tbilisi-Batumi, Nataxtari-Mestia, Nataxtari-Аmbrolauri istiqamətləri üzrə uçuşlar yerinə yetiriləcək.
Qeyd edək ki, Gürcüstanda iyulun 1-dən isə beynəlxalq uçuşların bərpası nəzərdə tutulub.
Gürcüstanın İqtisadiyyat naziri Natia Turnava bildirib ki, artıq 30-dan çox beynəlxalq aviareysin bərpası istiqamətində razılıq əldə olunub.
Qeyd edək ki, Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə məhdudiyyətlər iyunun 30-dək qüvvədədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]