Gürcüstan Dövlət Akademik Dram Teatrının yaradıcı kollektivi Bakıya qastrol səfərinə gəlir
Bakı, 18 may (AZƏRTAC). Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (ADAMDT) beynəlxalq əlaqələrin, dünya teatrları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə cari ildə də teatrda bir sıra beynəlxalq layihələr gerçəkləşəcəkdir.
ADAMDT-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bunlardan biri də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı arasındakı birgə əməkdaşlıq layihəsidir.
Bu teatrlar arasında əldə olunmuş razılığa əsasən, K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının iki tamaşası Bakıda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının iki tamaşası isə Tbilisidə nümayiş etdiriləcəkdir.
Bu məqsədlə mayın 19-dan 21-dək K.Marcanişvili adına Akademik Dram Teatrının Bakıya qastrol səfəri reallaşacaqdır. Gürcüstan teatrı Bakıda “Moruq” və “Piqmalion” tamaşaları ilə çıxış edəcəkdir.
Hər iki tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Levan Tsuladzedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]