Gürcüstan döyüş təyyarələrini modernləşdirir
Tbilisi, 13 aprel, AZƏRTAC
Gürcüstan Müdafiə Qüvvələrinə məxsus “Su-25” döyüş təyyarələrini modernləşdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yenilənmiş ikinci hərbi təyyarə aprelin 13-də uğurlu sınaq uçuşu yerinə yetirib. Bərpa olunmuş ilk “Su -25”in sınaq uçuşu martın 6-da baş tutub.
Müdafiə Nazirliyinin balansında olan döyüş təyyarələrinin modernləşdirilməsinin 2022-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Gürcüstan ölkə ərazisindəki hərbi aerodromları da yenidən qurur.
Marneuli rayonu ərazisindəki hərbi aerodrom Türkiyə hökuməti tərəfindən bərpa olunur.
Türkiyə hökuməti Gürcüstana hərbi təyinatlı bir sıra yeni texnikalar da hədiyyə edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]