Gürcüstan DTX: Suriyadakı silahlı birləşmələrin ölkəmiz vasitəsilə Azərbaycana keçməsi barədə məlumatlar yalandır
Tbilisi, 3 oktyabr, AZƏRTAC
Suriyada hərbi əməliyyatlarda iştirak edən silahlı birləşmələrin Türkiyədən Gürcüstan ərazisi vasitəsilə Azərbaycana keçməsi barədə məlumatlar yalandır və bölgədəki vəziyyəti daha da gərginləşdirməyə yönəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili məlumat verib.
Xidmət rəisi deyib ki, Gürcüstanın beynəlxalq nüfuzuna və dost ölkələrə münasibətlərinə zərbə vurmağa yönəlmiş bu cür bəyanatların heç bir əsası yoxdur. DTX Azərbaycanın və Ermənistanın müvafiq qurumları ilə fəal əlaqəni davam etdirir.
“Təhlükəsizlik məsələləri üzrə bütün qərarlar regiondakı vəziyyət və cari proseslər nəzərə alınmaqla qəbul ediləcək. Gürcüstanın dövlət təhlükəsizliyinə və bölgədəki sabitliyə təhdid olan istənilən fəaliyyətə qarşı qanunauyğun tədbirlər görüləcək”, - deyə Q.Liluaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]