Gürcüstan hökuməti BBC-ni məhkəməyə verməyə hazırlaşır
Tbilisi, 16 dekabr, AZƏRTAC
Gürcüstan da BBC-yə qarşı hüquqi addımlar atmağa hazırlaşır və artıq bu istiqamətdə vəkillər işləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. Onun sözlərinə görə, ABŞ Prezidenti Trampın BBC-yə qarşı iddiası Gürcüstanın mövqeyini gücləndirir. "Prezident Tramp BBC-yə qarşı 10 milyard dollarlıq iddia qaldıracağını elan etdi. Biz də bu iddia üzərində işləyirik və təbii ki, eyni yolu tutacağıq”, – deyə parlament sədri bildirib.
Onun sözlərinə görə, bu hadisə müxtəlif ölkələrdə eyni media qrupu tərəfindən idarə olunan və vahid təbliğat xətti aparan mexanizmin mövcudluğunu bir daha sübut edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]