Gürcüstan mətbuatı ermənilərin Bərdəni raket atəşinə tutmasından yazır
Tbilisi, 28 oktyabr, AZƏRTAC
Ermənistan silahlı birləşmələrinin Bərdəyə xain hücumu və dinc əhalini hədəfə alması Gürcüstan mətbuatının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir iki, bu ölkənin "report.ge", "gaxa.ge", "24news.ge", "aktual.ge" informasiya portalları erməni terrorçularının humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın Bərdə şəhərini qadağan olunmuş silahlardan atəşə tutması barədə xəbərlər yayıb.
Azərbaycan, rus, ingilis və gürcü dillərində yayılan xəbərlədə oktyabrın 28-də Bərdədə dinc sakinlərin erməni silahlı birləşmələri tərəfindən yenidən raket atəşinə tutulduğu, dinc sakinlərin sıx olduğu əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə zərbələr endirildiyi bildirilib. Diqqətə çatdırılıb ki, nəticədə 20-dən çox dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]