Gürcüstan MSK daha bir neçə ölkədə seçki məntəqəsi yaradacaq
Tbilisi, 26 sentyabr, AZƏRTAC
Oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Gürcüstanın əvvəllər seçki məntəqəsi olmayan ölkələrdə də yeni seçki məntəqələri yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natia İoseliani bildirib.
Onun sözlərinə görə, əvvəllər BƏƏ, Finlandiya, Koreya Respublikası, Yaponiya, Avstraliya kimi ölkələrdə seçki məntəqəsi olmayıb. Bu məsələ MSK-nın bugünkü iclasında müzakirə olunacaq. Ümumilikdə 42 ölkədə 60 seçki məntəqəsinin açılması nəzərdə tutulub.
"Mərkəzi Seçki Komissiyası Xarici İşlər Nazirliyindən ölkədən kənarda konsulluq qeydiyyatında olan səsvermə hüququna malik 65 min 508 Gürcüstan vətəndaşı haqqında məlumatı yeniləyib”, - deyə MSK-nın mətbuat katibi qeyd edib.
Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]
Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi
- 12.10.2026 [12:33]