GÜRCÜSTAN PARLAMENTİ HÖKUMƏTİN YENİ TƏRKİBİNİ TƏSDİQ ETDİ
Yeni hökumətdə münaqişələrin tənzimlənməsi üzrə Dövlət Nazirliyinə XİN başçısının sabiq müavini Merab Antadze, Ətraf Mühitin Mühafizəsi və Təbii Ehtiyatlar Nazirliyinə David Tkeşelaşvili başçılıq edəcəklər.
Yenidən Baş nazir təsdiq olunmuş Zurab Noğaideli hökumətin fəaliyyət proqramını parlamentə təqdim edərək bildirmişdir ki, o, azad, demokratik, güclü və ədalətli dövlət qurmağa yönəldilmişdir. Baş nazir demişdir ki, münaqişələrin dincliklə nizama salınması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Gürcüstanın NATO-ya daxil olması, Avropa İttifaqı ilə əməkdaşlığın daha da genişləndirilməsi yeni hökumətin fəaliyyətinin öncül istiqamətləridir.
Xatırladaq ki, Zurab Noğaideli başda olmaqla hökumət Konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq iyulun 21-də istefaya göndərilmişdi.