GÜRCÜSTAN PREZİDENTİ ABŞ-A GETMİŞDİR
Dövlət başçısı mətbuat xidmətinin məlumatına görə, iyulun 4-də Saakaşvili ABŞ-ın Müstəqillik günü münasibətilə şənliklərdə iştirak edəcək və dövlət katibi Kondoliza Rays ilə görüşəcəkdir. Onun Ağ evin başçısı Corc Buş ilə təkbətək görüşü ertəsi gün olacaqdır.
Ötən həftə Gürcüstanda səfərdə olmuş ABŞ dövlət katibi köməkçisinin müavini Mətyu Brayzə Tbilisidə jurnalistlərə müsahibəsində demişdir: “Prezidentlərin görüşünün başlıca mövzuları Gürcüstan ərazisindəki münaqişələrin dincliklə nizama salınması, ölkənin Avratlantika qurumlarına inteqrasiyasına yönəldilmiş səyləri və digər məsələlərlə bağlı olacaqdır”. Onun sözlərinə görə, Azərbaycan neftinin Avropa ölkələrinə ixracı ilə əlaqədar enerji təhlükəsizliyi məsələsi də müzakirə ediləcəkdir.
Səfər iyulun 6-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:16]
Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib
- 13.10.2026 [19:27]
Laos Prezidenti Milli Məclisdə olub
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]